Bank Of Baku

Polşanın Qrudzyonds şəhərində Vəli bəy Yadigarın xatirə lövhəsinin açılışı olub

Polşanın Qrudzyonds şəhərində Vəli bəy Yadigarın xatirə lövhəsinin açılışı olub
# 25 iyun 2013 11:45 (UTC +04:00)

Bakı – APA. İyunun 21-də Polşanın Qrudzyonds şəhərində 8-ci radioelektronik batalyonun ərazisində vaxtilə Ali Süvari Məktəbinin (1922-1939) yerləşdiyi binada Vəli bəy Yadigarın xatirə lövhəsinin açılışı olub. Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən xəbərə görə, tədbiri səfir Həsən Həsənov açaraq iştirakçıları Azərbaycan haqqında məlumatlandırıb və Azərbaycan Demokratik Respublikası zamanı ölkədə fəaliyyət göstərmiş polyaklar haqda danışıb. O, Azərbaycan və Polşa xalqının qəhrəman övladı Vəli bəy Yadigara həsr olunmuş abidənin açılışını  tarixi hadisə kimi dəyərləndirib.

 

Diplomat 1918-1920-ci illərdə Azərbaycanda ordu quruculuğunda iştirak etmiş Maçiey Sulkieviç haqqında da məlumat verib. H. Həsənov M. Sulkieviçin Azərbaycanın qızıl ordu tərəfindən işğalından sonra güllələndiyini və onun son sözünün “Mən fəxr edirəm ki, Azərbaycan əsgəri kimi ölürəm” olduğunu iştirakçıların diqqətinə çatdırıb.

 

Qrduzyondz şəhərinin meri Robert Malinovski çıxışında əslən azərbaycanlı olan Vəli bəy Yadigarın Polşanın ən sadiq oğlu olduğunu vurğulayıb və ölkənin ən çətin anlarında göstərdiyi şücaətdən danışıb.

 

Sonra Həsən Həsənov və polkovnik-leytenant Radzislav Smulkovski xatirə lövhəsini açıblar.

          

         

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR