Bank Of Baku

Qan xəstəliklərindən əziyyət çəkən gənclər üçün növbəti aksiya Bakının  Nəsimi rayonunda keçiriləcək

Qan xəstəliklərindən əziyyət çəkən gənclər üçün növbəti aksiya Bakının  Nəsimi rayonunda keçiriləcək
# 05 iyul 2013 10:14 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun talassemiya və hemofiliya kimi qan xəstəliklərindən əziyyət çəkən gənclərə yardım göstərilməsi sahəsində elan etdiyi kampaniya çərçivəsində regionlarda keçirilən aksiyalar yekunlaşmaqdadır. Fonddan APA-ya verilən məlumata görə, bu sahədə gənclərin fəallığını təmin etmək və sosial maarifləndirmə işlərini regionlarda da aparmaq üçün kampaniyanın maarifləndirmə avtobusu ölkənin 12 şəhər və rayonunda 1 günlük aksiyalar keçirib.

 

Hacıqabul, Bərdə, Mingəçevir, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Gəncə, Tovuz, Göygöl və Xaçmazda keçirilən aksiyalarda Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov və digər nümayəndələr iştirak ediblər. Xüsusilə gənclərin fəallığı ilə keçirilən aksiyalar əhali tərəfindən rəğbətlə qarşılanıb.

 

Qeyd olunub ki, Azərbaycan Gənclər Fondu tərəfindən layihə çərçivəsində hazırlanmış Fəxri Donor Kartları qan verən bütün aksiya iştirakçılarına paylanıb. Donor kartları vasitəsilə ümumi məlumat bazası hazırlanacaq və gələcəkdə donorlara müraciət etmək imkanı yaradılacaq.

 

Növbəti aksiya Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirəli Qaşqay küç, 87 ünvanında yerləşən Mərkəzi Qan Bankında baş tutacaq. Aksiya 6 iyul, saat 11:00-da başlayacaq. Aksiyaya Nəsimi Rayonu İcra Hakimiyyəti dəstək göstərir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR