APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Qulu Novruzov bildirib. Nazir müavini mətbuatda bu və ya digər məktəblərin istilik sistemlərində problem olması barədə yazılar dərc olunduğunu qeyd edərək bu problemin istisna olunmadığını deyib: “Mütəmadi olaraq yaranan bu texniki problemlərin aradan qaldırılması istiqamətində işlər gedir. Yəqin ki, hər birimizin yaşadığı evdə də bu cür problemlər olur və bu qısa müddətdə aradan qaldırılır”.