Şəki. Vüqar Heydərov - APA. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Şəkidə vətəndaşları qəbul edib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, nazir Əli Abbasov Şəkidə bölgə üzrə 7 rayonun vətəndaşlarını qəbul edib.
Şəki, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Qax və Mingəçevirdən gələn vətəndaşların şikayətləri əsasən işsizlikdən olub. Nazir vətəndaşların təklif və şikayətlərini dinlədikdən sonra lazımi rəhbər şəxslərə öz tapşırıq və tövsiyələrini verib. Qəbul zamanı şikayət edən bəzi vətəndaşların şikayətləri elə yerindəcə həll olunub.
Qeyd edək ki, görüş zamanı Əli Abbasov 10 nəfər vətəndaş və rabitə işçisini qəbul edib.