Bank Of Baku

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 03 iyun 2013 09:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 70-100, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, son 3 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 43 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 143 m3/s olmaqla, ongünlük normanın 24 faizini təşkil edir. Son 3 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 127 m3/s olmaqla, ongünlük normanın 65 faizini təşkil edir.

 

İyunun 3-də Kür çayının aşağı axınında su səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 20 sm, Şirvanda 3 sm, Araz çayının Novruzlu məntəqəsində 18 sm azalma qeydə alınıb, lakin Salyanda və Bankədə su səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR