Bank Of Baku

Rezidenturaya qəbul olanların qeydiyyatı başa çatıb

Rezidenturaya qəbul olanların qeydiyyatı başa çatıb
# 23 sentyabr 2013 14:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2013/2014-cü tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul olanların qeydiyyatı başa çatıb.

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rezidenturanın mülki ixtisaslarına qəbul olmuş şəxslər tələb olunan sənədləri sentyabrın 17-dən sentyabrın 23-dək Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməli idilər. Ayrılan müddət ərzində rezidenturaya qəbul olan 504 nəfərdən 496 nəfəri müvafiq sənədlərini təqdim edərək qeydiyyatdan keçiblər. 8 nəfər qeydiyyat prosesində iştirak etməyib.

 

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri müvafiq nazirliklərə göndərilməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR