Bank Of Baku

Rusiya ali məktəblərində təhsil almaq üçün 49 yerə 24 nəfər sənəd verib

Rusiya ali məktəblərində təhsil almaq üçün 49 yerə 24 nəfər sənəd verib
# 13 iyun 2013 16:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Rusiya Federasiyası ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu başa çatıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rusiya Federasiyası ali təhsil müəssisələrinə keçirilən imtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçiblər. Onların qeydiyyat iyunun 10-dan 13-dək saat 10:00-dan 17:00-dək aparılıb. Rusiyanın ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün ayrılmış 49 yerə 24 nəfər sənəd verib.

 

Həmin abituriyentlər iyunun 16-da TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edəcəklər. Test imtahanı nəticəsində I ixtisas qrupunda 300 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar. Müsahibə isə iyunun 17-də keçiriləcək. Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq və məqbulla qiymətləndiriləcək. Müsahibədən məqbul alan abituriyentlər ixtisas seçiminə buraxılırlar. Müsabiqə test imtahanın nəticələrinə əsasən aparılacaq.

 

Qəbul olunanların sənədləri Rusiya tərəfinə təqdim etmək üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunacaq. Azərbaycan Respublikasının vətəndaşları Rusiya Federasiyasının ali təhsil müəssisələrinə qəbul olduqları təqdirdə 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək hüququnu itirəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR