Bank Of Baku

Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda sulu qara keçəcək

Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda sulu qara keçəcək
# 11 mart 2014 09:48 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal-qərb küləyi günün ikinci yarısında güclənəcək. Havanın temperaturu gecə 3-5, günün birinci yarısında 14 dərəcəyədək isti, axşama doğru 6 dərəcəyə yaxın isti olacaq.

 

Azərbaycanın rayonlarında martın 12-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Günün ikinci yarısından başlayaraq şimal və qərb rayonlarından başlayaraq yağıntılı olacağı, axşam dağlıq və dağətəyi rayonlarda sulu qara keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR