Bakı – APA-Economics. İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə «Maştağa» su anbarında əsaslı təmir və yenidənqurma işləri aparılacaq.
«Azərsu» ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, bununla əlaqədar yanvarın 8-də Bakı şəhərinin Sabunçu, Suraxanı və Xəzər rayonlarına, eləcə də Abşeron rayonunun bir hissəsinə içməli su gün ərzində fasilələrlə veriləcək.
«Yaranmış narahatlıqla əlaqədar «Azərsu» abunəçilərdən üzr istəyir», - deyə məlumatda bildirilir.