Bank Of Baku

Sabah Binəqədi və Abşeron rayonlarında su fasilələrlə veriləcək

Sabah Binəqədi və Abşeron rayonlarında su fasilələrlə veriləcək
# 07 yanvar 2013 14:45 (UTC +04:00)

 

Bakı – APA-Economics. «Azərsu» ASC Bakı şəhəri Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən 4 saylı kanalizasiya-nasos stansiyasında təmir işləri aparır.

 

«Azərsu» ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq yanvarın 8-də Binəqədi rayonunun, eləcə də Abşeron rayonunun Xırdalan şəhərinin bəzi yerlərinə içməli su müəyyən fasilələrlə veriləcək.

 

«Yaranmış narahatlıqla əlaqədar «Azərsu» abunəçilərdən üzr istəyir», - deyə məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR