Bank Of Baku

Sabahdan Azərbaycan ərazisində hava pisləşəcək

Sabahdan Azərbaycan ərazisində hava pisləşəcək
# 28 mart 2013 09:04 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, havanın temperaturu günün birinci yarısında 12-15 dərəcə isti təşkil edəcək. Lakin günün ikinci yarısından başlayaraq şimal küləyinin daha da güclənməsi nəticəsində axşama doğru temperaturun 4-6 dərəcə aşağı enəcəyi gözlənilir.

 

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7 dərəcə, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, bəzi yerlərdə 2 dərəcə şaxta təşkil edəcək.

 

Tibbi meteoroloji proqnoza əsasən, martın 29-dan günün ikinci yarısından 30-u axşamadək güclü xəzri küləyi fonunda havanın temperaturunun xeyli enməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR