Bank Of Baku

Sabahdan Azərbaycan ərazisində havanın temperaturu düşəcək

Sabahdan Azərbaycan ərazisində havanın temperaturu düşəcək
# 17 iyun 2013 09:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Sabahdan Azərbaycan ərazisində havanın temperaturu 5 dərəcə düşəcək. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

 

O qeyd edib ki, iyunun 18-i və 19-da Bakı və Abşeron yarımadasında hava şəraiti küləkli, dəyişkən buludlu və yağmursuz keçəcək. Şimal-qərb küləyinin respublika ərazisinə daxil olması ilə əlaqədar havanın temperaturu 28-33 dərəcə isti təşkil edəcək. 

 

A. Verdiyev qeyd edib ki, iyunun 18-i və 19-da bölgələrdə hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, güclü qərb küləyinin əsəcəyi gözlənilir.

 

Havanın temperaturunun Aran rayonlarında iyunun 18-də gündüz 32-37, dağlarda 19-24, iyunun 19-da isə Aran rayonlarında 30-35, dağlarda 18-23 dərəcə isti olacağı gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR