Bank Of Baku

Sabahdan Azərbaycan ərazisində yağıntılar kəsiləcək - YENİLƏNİB

Sabahdan Azərbaycan ərazisində yağıntılar kəsiləcək - <span style="color: red;">YENİLƏNİB
# 10 yanvar 2013 08:36 (UTC +04:00)

 

 Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib. O bildirib ki, sabahdan etibarən Bakıda və Abşeron yarımadasında yağıntıların tədricən kəsiləcəyi gözlənilir.

 

G. Məmmədovanın sözlərinə görə, şimal-qərb küləyi gündüz mülayim qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

 

Yanvarın 12-də isə hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3 şaxta, gündüz 2-4 dərəcə isti olacaq.

 

G. Məmmədova qeyd edib ki, respublikanın bölgələrində sabah səhər qərb rayonlarında, gündüz şərq rayonlarından başlayaraq qarın kəsilməsi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gündüz 0-5 dərəcə isti, dağlarda isə gündüz 0-5 dərəcə şaxta olacaq.

 

Yanvarın 12-13-də bölgələrdə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında günorta saatlarında 3-8 dərəcə isti, dağlarda gündüz saatlarında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti müşahidə olunacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR