Bank Of Baku

Sabahdan Azərbaycanda hava şəraiti daha da kəskinləşəcək

Sabahdan Azərbaycanda hava şəraiti daha da kəskinləşəcək
# 09 yanvar 2013 10:58 (UTC +04:00)

Güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu gecə və gündüz 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti təşkil edəcək. 
 
Yanvarın 10-da Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. 
 
Gözlənildiyi kimi, respublikanın şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, yanvarın 8-də axşam və 9-da gecə və səhər intensiv qar müşahidə olunub. Yanvarın 10-da hava şəraitinin daha da kəskinləşəcəyi, şaxtalı keçəcəyi, ölkə ərazisində qar yağacağı, bəzi rayonlarda intensivləşəcəyi, yolların buz bağlayacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR