Bank Of Baku

Sabahdan Azərbaycanda sınaq imtahanlarına yazılış başlayır

Sabahdan Azərbaycanda sınaq imtahanlarına yazılış başlayır
# 27 mart 2013 08:03 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Sabahdan etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aprel ayının 7-də keçiriləcək sınaq imtahanlarına yazılış başlayır. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi xəbərə görə, sınaq imtahanlarına yazılış 28 mart saat 9:00-dan etibarən aparılacaq. Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən şəxslər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq. Balansdan 3 manat 54 qəpik məbləğ çıxılacaq.

 

Ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanları aprelin 7-dən mayın 26-dək keçiriləcək. Bu müddətdə ümumilikdə 7 sınaq imtahanı keçiriləcək, onların 3-ü təkrar, 4-ü isə yeni olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR