Bakı. Könül Kamilqızı – APA. Bu gün Bakı şəhərində içməli suyun verilməsində fasilə yaranacaq. “Azərsu” ASC-dən APA-ya verilən xəbərə görə, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində magistral su xətlərində təmir işləri aparılır. Bununla əlaqədar bu gün Bakıxanov qəsəbəsinin içməli su təchizatında məhdudiyyətlər tətbiq ediləcək.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.