Bank Of Baku

Salyanda “Ticarət müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda regional seminar-müşavirə keçirilib - VİDEO

Salyanda “Ticarət müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda regional seminar-müşavirə keçirilib - <span style="color: red;">VİDEO
# 10 dekabr 2013 09:15 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Salyan şəhərində Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzində Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən “Ticarət müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda sahibkarlar üçün seminar-müşavirə keçirilib.

 

APA-nın Mil-Muğan bürosunun  verdiyi məlumat görə, bu gün keçirilən tədbirdə Salyanla yanaşı, Şirvan şəhəri, Neftçala və Biləsuvar rayonlarından olan sahibkarlar, ticarət mərkəzlərinin əməkdaşları iştirak edib.

 

Ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq, bu sahənin işçilərini yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirmək məqsədi ilə keçirilən müşavirədə  bölgədə fəaliyyət göstərən ticarət müəssisələrinin yanğın təhlükəsizliyinin vəziyyəti müzakirə olunub, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd halların qısa müddətdə aradan qaldırılması üçün tapşırıqlar verilib. Obyekt rəhbərlərinin diqqətinə çatdırılıb ki, onlar yanğın təhlükəsizliyinin təmin olunmasına şəxsən məsuliyyət daşıyır.

 

Qeyd edilib ki, respublikanın ticarət obyektlərində 2006-2011-ci illərdə 632, 2013-cü ilin 9 ayı ərzində isə 81 yanğın hadisəsi baş verib. Seminar-müşavirədə sahibkarlara “Ticarət müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda video-stend nümayiş etdirilib.

 

Seminar-müşavirənin iş planı çərçivəsində rayonda yerləşən ticarət obyektlərindən birinin ərazisində yerləşən anbarda yanğın su mənbələrinin vəziyyətinə baxış keçirilib, şərti yanğın söndürülərək ilkin yanğınsöndürmə vasitələrinin tətbiqi qaydaları praktiki olaraq nümayiş etdirilib, yanğın zamanı təxliyə qaydaları haqqında müşavirə iştirakçılarına ətraflı məlumat verilib.

 

Seminar-müşavirənin işində FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin təbliğat şöbəsinin rəisi Hikmət Xudiyev, xidmətin məsul şəxsləri, şəxsi heyət və regiondan olan sahibkarlar iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR