Bank Of Baku

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Xaçmazda vətəndaşlarla görüşüb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Xaçmazda vətəndaşlarla görüşüb
# 22 iyun 2013 14:08 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi, general-leytenant Arzu Rəhimov bu gün Xaçmaz rayonunda şimal regionu üzrə vətəndaşların qəbulunu keçirib. Bu barədə APA-ya SHÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

Qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarından olan 20-dək vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox onların hərbi xidmətə çağırılan övladlarının yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələrinə, şimal regionu üzrə Xidmətin müvafiq şöbə və bölmələrində işə qəbuluna, ailə vəziyyətinə görə möhlət hüququnun verilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb, araşdırmaların nəticələrindən asılı olaraq cavablandırılacağı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR