Bank Of Baku

Səfir Vilayət Quliyevin “Polyaklar Azərbaycan Demokratik Respublikasında” kitabı Varşavada nəşr olunub - FOTO

Səfir Vilayət Quliyevin “Polyaklar Azərbaycan Demokratik Respublikasında” kitabı Varşavada nəşr olunub - <span style="color: red;">FOTO
# 03 aprel 2013 13:31 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Polşadakı keçmiş səfiri, hazırda ölkəmizi Macarıstanda təmsil edən, eyni zamanda elmi fəaliyyəti ilə də tanınan Vilayət Quliyevin “Polyaklar Azərbaycan Demokratik Respublikasında” kitabı Varşavada polyak dilində nəşr olunub. Bu barədə APA-ya Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

 

Adam Mitskeviç İnstitutu ilə Polşadakı Azərbaycan səfirliyinin  birgə layihəsi olan bu nəşrdə 1918-1920-ci illərdə ilk milli Cümhuriyyətimizin  qurulmasında və onun ordusunun, habelə digər dövlətçilik  institutlarının yaradılmasında yaxından iştirak edən polyaklar və Polşa tatarları haqqında Bakı, Varşava və Vilnüs arxivlərindən toplanmış materiallar əsasında geniş məlumat verilir. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov kitaba ön söz yazıb. Hazırda Adam Mitskeviç İnstitutu Vilayət Quliyevin “Azərbaycanlılar Polşada” adlı növbəti kitabını polyak dilində nəşrə hazırlayır. Bu kitabda XIX-XX əsrlərdə Polşa ilə sıx əlaqələrə malik olan, onun mədəniyyətinə və ictimai fikrinə töhfə verən həmvətənlərimiz haqqında söhbət açılır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR