Şirvan. Əlibəy Zeynallı – APA. Səhiyyə naziri Oqtay Şirəliyev bu gün Şirvan Müalicə-Diaqnostika Mərkəzində vətəndaşları qəbul edib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəbulda Şirvan, Sabirabad, Hacıqabul, Saatlı, Salyan, Neftçala rayon sakinləri iştirak edib. Nazir səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandırıb. Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinlənilib. Nazirə ən çox yerli şəraitdə müalicəsi mümkün olmayan xəstəliklər və işlə əlaqədar müraciətlər edilib.
Olunan müraciətlərin araşdırılması üçün nazir tərəfindən tapşırıqlar verilib.