Bank Of Baku

Səhiyyə Nazirliyi Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar tibb işçilərini əməkdaşlığa dəvət edir

Səhiyyə Nazirliyi Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar tibb işçilərini əməkdaşlığa dəvət edir
# 13 mart 2014 16:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Səhiyyə Nazirliyi 2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Oyunları ilə əlaqədar tibb işçilərini əməkdaşlığa dəvət edir.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Oyunları ilə əlaqədar olaraq iştirakçılara və xarici qonaqlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etmək məqsədilə tibb işçiləri tələb olunur.

 

Tədbirlər keçiriləcək stadionlarda tibbi komandanın rəhbəri, ümumi praktika həkimi, tibb bacısı, həkim- stomatoloq, stomatoloji kabinetində tibb bacısı, həkim-oftalmoloq, oftalmoloji kabinetdə tibb bacısı, həkim-otorinolarinqoloq, şüa diaqnostikası üzrə həkim, şüa diaqnostikası kabinetində tibb bacısı, həkim-laborant, laborant, həkim-oftalmoloq, həkim-reanimatoloq, təcili tibbi yardım üzrə tibb bacısı vəzifələrində işləmək istəyənlər nazirliyə müraciət edə bilərlər.

 

Maraqlananlar öz tərcümeyi-hallarını (CV) "Mövzu" yerinə iddia edilən vəzifəni qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR