Bank Of Baku

Səhiyyə Nazirliyi dərman vasitələrini reseptsiz satan aptek rəhbərlərinə qarşı tədbirlər görəcək

Səhiyyə Nazirliyi dərman vasitələrini reseptsiz satan aptek rəhbərlərinə qarşı tədbirlər görəcək
# 02 aprel 2013 12:34 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Səhiyyə Nazirliyinin (SN) Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən aptek təşkilatlarında reydlərə başlanılıb. SN-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, reydlər Səhiyyə Nazirliyinin “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nın yerinə yetirilməsinə nəzarətin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.

 

Dünəndən başlayan yoxlamalarda Səhiyyə Nazirliyinin təsdiq etdiyi vahid resept blankında buraxılacaq dərman vasitələrini reseptsiz qaydada satan aptek təşkilatı rəhbərlərinə qanunvericiliyə müvafiq tədbirlər görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR