Bank Of Baku

Səhiyyə Nazirliyinə xaricdə müalicə almaq üçün edilən müraciətlərin sayı azalıb

Səhiyyə Nazirliyinə xaricdə müalicə almaq üçün edilən müraciətlərin sayı azalıb
# 09 yanvar 2013 13:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ötən il ərzində xaricdə müalicə almaq üçün Səhiyyə Nazirliyinin Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyasına 1050 sənəd daxil olub. Bunu APA-ya açıqlamasında Komissiyanın sədri Nəsib Quliyev deyib. O bildirib ki, 2005-ci ildə yaradılan mövcud komissiya 7 ildir fəaliyyət göstərir. N. Quliyevin sözlərinə görə, bu illər ərzində komissiyaya ən az sənəd 2012-ci ildə daxil olub: “Belə ki, ötən il ərzində komissiyaya cəmi 1050 sənəd daxil olub. Onların da böyük əksəriyyətinin ölkə daxilində müalicəsi təmin olunub. Yalnız 4 nəfər xəstə  ölkədən kənar müalicə üçün göndəriş alıb. Bu gün onkoloji, onko-hemotoloji, oftalmoloji xəstəliklərlə bağlı xarici ölkələrə heç bir xəstə göndərilmir. Əvvəllər ölkədə uşaq-kardio cərrahiyyə xidməti yox idi. Lakin ötən ildən bu xidmət fəaliyyətə başladığı üçün ürək qüsuru olan uşaqların heç biri ölkədən kənara getmir və bütün əməliyyatlar ölkə daxilində həyata keçirilir”.

 

N.Quliyev qeyd edib ki, hazırda ölkədə lazımi xidmət sahələri və avadanlıqlar mövcud olduğuna görə edilən müraciətin sayı 2 dəfədən çox azalıb. 2011-ci ildə komissiyaya 1282 nəfər müraciət edib və onlardan 5 nəfər ölkədən kənar müalicəyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR