Bank Of Baku

Sel suları Ağdamda xeyli sayda evə və kənd təsərrüfatına zərər vurub - FOTOSESSİYA - VİDEO

Sel suları Ağdamda xeyli sayda evə və kənd təsərrüfatına zərər vurub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 23 sentyabr 2013 08:53 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, əsasən kənd təsərrüfatı ilə məşğul olan sakinlərin becərdiyi on minlərlə tona bərabər həcmi olan soğan məhsulu məhv olmaq təhlükəsi ilə üzləşib. Qəfil düşən yağışlardan məhsulu qoruya bilməyən sakinlər məhsulun çürüyəcəyindən narahatdırlar.

 

Sakinlər APA-nın Qarabağ bürosuna bildiriblər ki, yağış evləri müharibədən zərər çəkən şəxslərə dövlət tərəfindən verilən tikinti materiallarını, tonlarla sementi yararsız hala salıb. Xeyli sayda mənzilin sel suları ilə dolduğu, ev əşyalarının çoxunun yarasız hala düşdüyü bildirilir.

 

Əhmədağalı kənd bələdiyyəsinin sədri Habil Abbasov APA-ya bildirib ki, leysanla bağlı aidiyyatı qurumlara məlumat verilib və dərhal əraziyə texnika və işçi qüvvəsi göndərilib. Küçə və kənd yollarına, həmçinin həyətlərə dolan suyun istiqamətləndirilib axıdılması üçün tədbirlər görülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR