Bank Of Baku

Səlim Müslümovun regionlarda keçirəcəyi görüşlərin qrafiki açıqlanıb

Səlim Müslümovun regionlarda keçirəcəyi görüşlərin qrafiki açıqlanıb
# 01 aprel 2013 11:51 (UTC +04:00)

DSMF mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, S.Müslümov 10 aprel 2013-cü il tarixdə, saat 11.00-da DSMF-nin Xaçmaz rayon şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının,  11 aprel 2013-cü il tarixdə, saat 10.00-da DSMF-nin Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinləri üçün qəbul keçirəcək.

 

Qəbula yazılmaq istəyən vətəndaşların “[email protected]” elektron poçt ünvanı, 190 saylı “Qaynar xətt”, 172-5-05-25 nömrəli telefon vasitəsilə DSMF-nin Xaçmaz rayon şöbəsinə və 018-652-02-94, 018-652-01-98 nömrəli telefonlar vasitəsilə DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etmək xahiş olunur. DSMF sədrinin qəbuluna ətraf rayonlardan gələcək vətəndaşlar həmin gün səhər saat 09.00-da müvafiq rayon şöbələrindən yola düşəcək nəqliyyatla təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR