Bank Of Baku

Serbiyanın gənclər və idman nazirinin Azərbaycana səfəri başlayır

Serbiyanın gənclər və idman nazirinin Azərbaycana səfəri başlayır
# 01 iyul 2013 06:29 (UTC +04:00)

Bakı – APA. Serbiyanın gənclər və idman naziri, xanım Alisa Mariçin başçılıq etdiyi nümayəndə heyətinin iyulun 1-də Azərbaycana səfəri başlayır. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər iyulun 5-dək davam edəcək.

 

Serbiya nümayəndə heyətini iyulun 1-də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qəbul edəcək.

 

Səfər çərçivəsində qonaqlar Milli Olimpiya Komitəsində, “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda, Bayraq Meydanında, Bakı-2015 Atletlər kəndində, Azərbaycan Gənclər Fondunda və bir sıra idman mərkəzlərində olacaqlar.

  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR