Bakı. Kəmalə Quliyeva – APA. Son 10 ildə Azərbaycanda gənclər siyasəti sahəsində büdcə vəsaiti 100 dəfə artırılıb. APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2012-ci il üzrə hesabatında qeyd olunub. Hesabata əsasən, bu vəsait ötən il 26,9 milyon manata çatdırılıb.
2006-cı illə müqayisədə gənclərin təşəbbüslərini və ictimai fəallığını stimullaşdırmaq məqsədi ilə layihələrin sayı 25 dəfə, layihələrə ayrılan maliyyə vəsaitləri isə 38 dəfəyədək artıb.
Ötən il ölkə prezidentinin sərəncamı ilə yaradılan Gənclər Fonduna 5 milyon manat vəsait ayrılıb. İl ərzində Fonda ümumilikdə 117 müraciət edilib, onlardan ümumi məbləği 1 milyon 950 min 820 manat olan 129 layihə maliyyələşib.