Bank Of Baku

Son 15 ildə dünyada daxili köçkünlərin sayı 50% artıb

Son 15 ildə dünyada daxili köçkünlərin sayı 50% artıb
# 12 dekabr 2013 07:47 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Hazırda dünyada 30 milyona yaxın daxili köçkün var və onların sayı getdikcə artır. APA-nın BMT mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Qutyerres Cenevrədə daxili köçkünlərin müdafiəsinə həsr olunmuş illik beynəlxalq toplantını açarkən deyib. O bildirib ki, son 15 ildə daxili köçkünlərin sayı 50% artıb.

 

Ali komissar qeyd edib ki, daxili köçkünlər əhalinin ən müdafiəsiz təbəqəsidir və beynəlxalq ictimaiyyət bu insanlara yardım üçün kollektiv səyləri möhkəmləndirməlidir: “Mən daxili köçkünlər probleminin beynəlxalq ictimaiyyətin diqqətini kifayət qədər cəlb etməməsi faktından narahatam”.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR