Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) Gənclər Təşkilatının təşəbbüsü ilə “Bəşəriyyət işgüzar əməkdaşlığa “hə” münaqişələrə “yox” deyir” mövzusunda mətbuat konfransı keçirilib.
APA-nın məlumatına görə, partiyanın gənclər təşkilatının sədri Türanə Qasımova “Bəşəriyyət işgüzar əməkdaşlığa “hə”, münaqişələrə “yox” deyir” mövzusunda həyata keçirilən layihənin məqsədi barədə məlumat verərək bildirib ki, burada predmet Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində itkilərin və dəymiş zərərin beynəlxalq standartlara uyğun olaraq qiymətləndirilməsidir: “Bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda Şamaxıda, Sumqayıtda, cəbhə bölgəsində olan regionlarda bu tipli layihələrin həyata keçirilməsi gözlənilir”.
Partiya sədri Xanhüseyn Kazımlı isə layihəni yüksək qiymətləndirib və münaqişələrin həllində gəncləri fəal olmağa çağırıb.