Bank Of Baku

Tacikistanın Milli Test Mərkəzi TQDK-nın təcrübəsindən istifadə edəcək

Tacikistanın Milli Test Mərkəzi TQDK-nın təcrübəsindən istifadə edəcək
# 16 aprel 2013 12:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ümumi təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin sektor müdiri Samirə Həsənzadə beynəlxalq məsləhətçi kimi Tacikistana növbəti səfər edib.

 

TQDK-dan APA-ya verilən xəbərə görə, səfər TQDK və Tacikistan Milli Test Mərkəzi ilə razılaşmaya əsasən baş tutub.

 

Səfərin əsas məqsədi Milli Test Mərkəzinin Tacikistanda keçirəcəyi pilot test imtahanına hazırlıq üzrə görülmüş işlər və qarşıda duran vəzifələr ilə tanışlıq, işlərin səmərəli təşkili üçün məsləhətlərin verilməsi, TQDK-nın bu sahədəki təcrübəsinin qarşı tərəfin diqqətinə çatdırılması olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR