Bank Of Baku

Təhsil naziri: “Azərbaycanda ali məktəblər iki qrupa bölünməli, adi və milli statuslu universitetlər olmalıdır”

Təhsil naziri: “Azərbaycanda ali məktəblər iki qrupa bölünməli, adi və milli statuslu universitetlər olmalıdır”
# 14 dekabr 2013 10:07 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan müəllimlərinin XIV qurultayında çıxışı zamanı deyib. O bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda dövlət və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyən edilməsi nəzərdə tutulur. Nazir qeyd edib ki, keyfiyyətli təhsil vermə imkanlarına, maddi-texniki şəraitinə, elmi-pedaqoji heyətinin potensialına görə bütün ali ocaqları - istər dövlət, istər özəl - iki qrupa bölünməlidir: “Onlar adi və milli statuslu universitetlər olmalıdır. Dövlət sifarişi yalnız milli statuslu universitetlər arasında bölüşdürülməlidir. Eyni zamanda, buraya qəbul olmaq istəyən abituriyentlər üçün keçid balı yüksək olmalıdır. Adi universitetlərin keçid balı minimal səviyyədə saxlanılmalıdır. Eyni zamanda, ödənişli əsaslarla qəbul planı da tədricən ləğv olunmalıdır. Bu baş verdikdə biz yüksək reytinqli məktəbləri orada oxuya bilən bilikli tələbə kontingenti ilə təmin edə biləcəyik. Digər tərəfdən, ancaq tələb olunan balı toplamadığı üçün xaricə təhsil almağa üz tutmağa ehtiyac qalmayacaq. Ali təhsil almaq istəyən və minimal tələbələrə cavab verən hər bir şəxs təhsilini vətənində adi universitetlərdə davam etdirmək imkanı qazanacaq. Qəbul göstəricilərindən asılı olaraq, ali məktəblər bir kateqoriyadan digərinə keçə biləcəklər”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR