Bank Of Baku

Təhsil naziri Gəncə Dövlət Universitetinin yeni rektorunu təqdim edib

Təhsil naziri Gəncə Dövlət Universitetinin yeni rektorunu təqdim edib
# 19 fevral 2013 11:32 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Azərbaycan prezidentinin sərəncamı ilə Gəncə Dövlət Universitetinə (GDU) təyin edilən yeni rektor Yadigar Əliyev kollektivə təqdim edilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, tədbirdə təhsil naziri Misir Mərdanov da iştirak edib. Nazir çıxışında bildirib ki, Yadigar Əliyevin bacarıqlı alim olduğunu bildirib. GDU-nun əməkdaşları çıxışlarında yeni təyinatın düzgün seçildiyini bildiriblər.

 

Qeyd olunub ki, təhsil müəssisəsinə elə həmin kollektivin arasından rektor təyin etmək çox düzgün bir addımdır. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, universitetin və şəhər icra hakimiyyəti aparatının vəsaiti hesabına təhsil ocağında təmir işləri aparılır. İdman, akt zalı və bir neçə təhsil korpusu yenidən qurulur. Təhsil naziri universitetin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində lazımi köməkliklərin göstəriləcəyini bildirib.

 

Qeyd edək ki, Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov dörd ay əvvəl vəzifəsindən azad edilib. Prezidentin sərəncamı ilə rektor vəzifəsində GDU-nun dekanı Yadigar Əliyev təyin edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR