Bank Of Baku

Təhsil naziri vətəndaşların qəbulu qaydalarını təsdiq edib

Təhsil naziri vətəndaşların qəbulu qaydalarını təsdiq edib
# 07 iyun 2013 09:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov vətəndaşların qəbulu qaydalarının təsdiq edilməsi barədə əmr imzalayıb. Təhsil NAzirliyindən APA-ya verilən xəbərə görə, əmrə əsasən, Təhsil Nazirliyində, onun strukturuna daxil olan və tabeliyindəki qurumlarda vətəndaşların qəbulu qaydaları" (əlavə olunur) təsdiq edilməsi, o cümlədən "Təhsil Nazirliyində rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu qrafiki"nin (əlavə olunur) təsdiq edilməsi tapşırılıb. Ümumi şöbəyə tapşırılıb ki, əmrin çoxaldılıb nazirliyin bütün struktur bölmə və qurumlarına çatdırılmasını təmin etsin. Nazirliyin ictimaiyyətlə əlaqə şöbəsi əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin. Əmrin icrasına nəzarət Aparatın rəhbərinə həvalə edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR