Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, ötən tədris ilində nazirlik sistemində olan 329 dövlət ümumtəhsil məktəbində rus bölmələri üzrə qruplar fəaliyyət göstərib.
Təhsil Nazirliyi sistemində olan dövlət ümumtəhsil məktəblərinin rus bölmələrinə 2013-2014-cü tədris ilinə proqnoz üzrə 10155 şagirdin qəbulu gözlənilir. Ali təhsil müəssisələrinin rus bölmələri üzrə 2013-2014-cü tədris ilinə təsdiq olunmuş qəbul planında 5611 yer nəzərdə tutulub.
Məlumatda qeyd olunub ki, gələcəkdə ümumtəhsil məktəblərində rus bölmələrinin tamamilə qapadılması qətiyyən gözlənilmir.