Bank Of Baku

Təhsil Nazirliyi direktor və müəllimlər üçün müsabiqə keçirəcək

Təhsil Nazirliyi direktor və müəllimlər üçün müsabiqə keçirəcək
# 07 yanvar 2013 14:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyinin təşkilatçılığı ilə “1 şagird–1 kompüter” müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsabiqənin təşkil edilməsində əsas məqsəd İKT əsaslı fərdiləşmiş təhsilin formalaşdırılmasından ibarətdir.

 

Müsabiqənin Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimləri arasında hər il keçirilməsi qərara alınıb. İki mərhələdə təşkil ediləcək müsabiqəyə təqdim olunacaq işlər müvafiq meyarlar üzrə qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaqlar.

 

Müsabiqə ilə bağlı ətraflı məlumatlar www.musabiqe.edu.az saytında yerləşdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR