Bank Of Baku

Təhsil Nazirliyi məktəbdənkənar müəssisələrlə bağlı dövlət proqramının hazırlanması üçün təklif verib

Təhsil Nazirliyi məktəbdənkənar müəssisələrlə bağlı dövlət proqramının hazırlanması üçün təklif verib
# 09 yanvar 2013 09:03 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda məktəbdənkənar müəssisələrlə bağlı dövlət proqramının hazırlanmasına kəskin ehtiyac var”. Bu barədə APA-ya Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov deyib. Şöbə müdirinin sözlərinə görə, nazirlik dövlət proqramının hazırlanması ilə əlaqədar Nazirlər Kabinetinə təklif göndərib. O bildirib ki, təhsil nazirinin imzası ilə baş nazirə göndərilən məktubda bu sahədə dövlət proqramının hazırlanmasına kəskin ehtiyacın olması qeyd olunub. Şöbə müdiri qeyd edib ki, bu gün məktəbdənkənar müəssisələr böyüməkdə olan nəslin sağlam olması, zərərli vərdişlərdən qorunması istiqamətində ən mühüm strukturdur: “Onu maksimum genişləndirmək, fəaliyyətini artırmaq, günün tələbləri səviyyəsində qurmaq çox aktualdır. Bu məktəbdənkənar təhsil müəssisələr yerli təhsil şöbələrinə tabedir. Onlar da yerli icra hakimiyyətləri tərəfindən maliyyələşdirilir. Ona görə də yerli icra hakimiyyətləri bu sahəyə diqqəti artırmalıdır. Xüsusilə uşaqların istək və arzularının reallaşdırılması, onların məktəbdənkənar təhsilinin təmin olunması, maariflənməsi, müəyyən bacarıqlarına yiyələnməsinə ehtiyac var. İdman mərkəzlərinin fəaliyyəti ilə bağlı müəyyən işlər görülməlidir. Bir daha qeyd edirəm ki, əhalinin ekoloji maarifləndirilməsi, uşaq yaşında turizm işinin təkmilləşdirilməsi, müəyyən bədii yaradıcılıq sahələrini və digər sahələrin inkişafı üçün məktəbdənkənar müəssisələrlə bağlı dövlət proqramının hazırlanmasına kəskin ehtiyac var”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR