Bank Of Baku

Təhsil Nazirliyi yeni açılan və ya yenidən bərpa olunan ixtisaslar barədə məlumat açıqlayıb

Təhsil Nazirliyi yeni açılan və ya yenidən bərpa olunan ixtisaslar barədə məlumat açıqlayıb
# 18 iyun 2013 06:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tədris ilinin əvvəlində hər bir ali təhsil müəssisəsi tələbə qəbulu planı ilə bağlı öz təkliflərini Təhsil Nazirliyinə təqdim edir.

 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu zaman ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yeni açılan və ya yenidən bərpa olunan hər bir ixtisas üzrə maddi-texniki baza və kadr potensialı ilə bağlı məlumatları nazirliyə təqdim edilir. Həmin məlumatlar Təhsil Nazirliyində təhlil olunur, lazım gəldikdə yerində dəqiqləşmələr aparılır və sonunda təkliflərə müvafiq komissiyada baxılır və qərar qəbul olunur.

 

Qəbul olunmuş qərara və mövcud qaydalara əsasən hər bir ali təhsil müəssisəsinə tələbə qəbulu ilə bağlı təkliflər növbəti ilin yanvar ayının 1-nə qədər Nazirlər Kabinetinə təqdim olunur.

 

Bu səbəbdən gələcəkdə hər hansı ali təhsil müəssisəsi tərəfindən “jurnalistika” ixtisası üzrə qəbul planının verilməsi ilə bağlı Təhsil Nazirliyinə təkliflər təqdim edilərsə və bu ixtisas üzrə müasir tələblərə cavab verən maddi-texniki baza və kadr potensialı yaradılarsa, onda həmin ixtisasa qəbul bərpa oluna bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR