Bank Of Baku

Təhsil Nazirliyinin keçmiş şöbə müdiri AMEA-da fəaliyyətə başlayıb

Təhsil Nazirliyinin keçmiş şöbə müdiri AMEA-da fəaliyyətə başlayıb
# 05 iyul 2013 12:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Təhsil Nazirliyinin keçmiş Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fəaliyyətə başlayıb. Bu barədə APA-ya məlumat verən Həbib Zərbəliyev bildirib ki, iyunun 13-dən AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsində baş mütəxəssis kimi fəaliyyətə başlayıb. Onun sözlərinə görə, hazırda AMEA-da prezidentin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının koordinatoru vəzifəsini icra edir. H. Zərbəliyev qeyd edib ki, Azərbaycan Dillər Universitetinin professoru kimi də fəaliyyətini davam etdirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR