Bank Of Baku

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sabah daha bir neçə rayonda buraxılış imtahanları keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sabah daha bir neçə rayonda buraxılış imtahanları keçirəcək
# 16 iyun 2013 14:30 (UTC +04:00)

TQDK-dan APA-ya verilən məlumata görə, qeyd olunan rayonlarla yanaşı, iyunun 17-də valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblərində, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində, tədris ingilis və gürcü dillərində olan orta məktəblərdə, Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində, Respublika Olimpiya İdman liseyində, Bakı Xoreoqrafiya məktəbində, Penitensiar Xidmətin tərbiyə müəssisələrində də buraxılış imtahanları olacaq.

 

Tədris ingilis və gürcü dillərində olan orta məktəblərin buraxılış sinifinin şagirdləri mərkəzləşdirilmiş qaydada yalnız riyaziyyat fənnindən imtahan verəcəklər və onlara test tapşırıqları müvafiq tədris dilində təqdim olunacaq.

 

Həmin şagirdlər üçün imtahan müddəti 45 dəqiqədir.

 

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə 15:00-da başlanacaq. İmtahanların idarə olunması üçün 155 imtahan rəhbəri ayrılıb. İmtahanda 21249 IX sinif, 15054 XI sinif şagirdinin iştirakı nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR