Bakı-APA. Gənclər və İdman Nazirliyi tərəfindən Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin “Gənclərin Beynəlxalq Əməkdaşlıq Strategiyasının həyata keçirilməsi üçün 2012-2013-cü illərdə” tədbirlər planına uyğun olaraq "İdeya var!" Tələbələrin Beynəlxalq Elmi Yaradıcılıq Festivalı keçirilib. Nazirlikdən APA-ya verilən məlumata görə, festivalın elan edilməsi, müsabiqəyə işlərin təqdim edilməsi, qiymətləndirilmə, qaliblərin elan edilməsi internet vasitəsilə (www.haveidea.az) aparılıb. Festivalda MDB ölkələrinin ali təhsil müəssisələrindən 8 nominasiya üzrə 300-ə layihə təqdim edilib. Ən çox bal yığmış layihələrin rəhbərləri qaliblər siyahısına daxil olub. “İdeya var!” tələbələrin İkinci elmi-yardıcılıq Festivalının keçiriməsində əsas məqsəd - tələbələrin yaradıcılıq potensiallarının reallaşdırılmasına şərait yaradılması, gənclərin asudə vaxtının səmərəli təşkili, MDB üzrə gənclər sahəsində beynəlxalq əlaqələrin inkişafını dəstəkləməkdir. Aprelin 1-də festivalın qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək.