Bank Of Baku

Tərtərdə akademik Cəlal Əliyevin 85 illiyinə həsr olunmuş ümumrespublika müşavirəsi keçirilib - FOTO

Tərtərdə akademik Cəlal Əliyevin 85 illiyinə həsr olunmuş ümumrespublika müşavirəsi keçirilib  - <span style="color: red;">FOTO
# 13 iyun 2013 16:19 (UTC +04:00)

Tərtər. Teymur Zahidoğlu-APA.  Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında (akademik Cəlal Əliyevin 85 illiyinə həsr olunmuş) «Taxılçılıqda yeni sortlar və müasir becərmə texnologiyaları» mövzusunda ümumrespublika tarla müşavirəsi keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, tədbirdə kənd təsərrüfatı naziri İsmət Abasov da iştirak edib. İsmət Abasov «2008-2015-ciillərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı» dan irəli gələn məsələlər və qarşıda duran vəzifələr, ölkə əhalisinin ərzağa olan tələbatının daxili istehsal hesabına ödənilməsi, ölkə prezidenti cənab İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğı kimi həlli vacib məsələlərə toxunub.

 

İqlim dəyişikliyi şəraitində resurs mühafizəedici texnologiyaların əhəmiyyətindən danışan  Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev bildirib ki, son illər suvarma şəraitində dənli bitkilərin becərilməsində tirəyə səpin texnologiyasının üstünlükləri, iqtisadi artıma nail olmağa imkan verir. O, sıfır becərmə texnologiyasının ikinci məhsulun alınmasında, gecikmiş payızlıq taxıl səpinlərində əhəmiyyətindən də danışıb.

 

Əkinçilik İnstitutunun direktoru Cavanşir Təlai  yeni yaradılmış Əzəmətli 95, Qobustan, Aran, Tale 38, Qırmızıgül 1, Murov 2, Qarabağ sortlarının toxumlarına fermerlər tərəfindən böyük təlabatın olduğunu ifadə edib. Onun sözlərinə görə,  bu gün institutun mandatına və seleksiya nailiyyətlərinin Dövlət Reyestrinə daxil olan 45 taxıl sortu mövcuddur ki, bunun da 80 faizə qədərin inpatent sahibi Əkinçilik İnstitutudur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR