Bank Of Baku

TQDK-nın sədri Məleykə Abbaszadə Göyçayda vətəndaşları qəbul edib - APA TV

TQDK-nın sədri Məleykə Abbaszadə Göyçayda vətəndaşları qəbul edib - <span style="color: red;">APA TV
# 05 iyun 2013 14:12 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iyunun 5-də Göyçay rayonunda vətəndaşları qəbul edib. APA-nın məlumatına görə, TQDK sədri Göyçay, Kürdəmir, Ucar, Ağdaş, Şamaxı, Zərdab, Ağsu rayonlarından olan 70-dən artıq vətəndaşı qəbul edərək onların şikayət və təklifləri ilə tanış olub.

 

Görüşdə vətəndaşlar təhsil haqqının ödənilməsi, işlə təminat, eləcə də bəzi fənlərin test imtahanlarına salınması ilə bağlı müraciətlər ediblər. Vətəndaşlar eyni zamanda buraxılış, sınaq və qəbul imtahanlarına dair sorğu, fikir və təkliflərini bildiriblər. Müraciətlərin müəyyən hissəsi isə TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı olub. Həmin müraciətlər qeydiyyata alınıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılacaq.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR