Bank Of Baku

TQDK ibtidai sinif dərsliklərinin monitorinqinin nəticələrini yanvarın 20-dən sonra açıqlayacaq

TQDK ibtidai sinif dərsliklərinin monitorinqinin nəticələrini yanvarın 20-dən sonra açıqlayacaq
# 10 yanvar 2013 13:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ibtidai sinif dərsliklərinin monitorinqinin nəticələrini yanvarın 20-dən sonra açıqlayacaq.

 

Bu barədə APA-ya TQDK-nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva məlumat verib.

 

O bildirib ki, nəticələr açıqlandıqdan sonra həm komissiyanın saytında yerləşdiriləcək, həm də rəsmi sənəd şəklində Təhsil Nazirliyinə göndəriləcək. A.Batıyevanın sözlərinə görə, ayın 20-dək ibtidai siniflər üzrə bəzi materiallar da tam yekunlaşacaq: “Bundan sonra bütün nəticələr toplu halında və rəsmi şəkildə Təhsil Nazirliyinə təqdim olunacaq. Ötən ilin sonuna kimi “Riyaziyyat”, “Azərbaycan dili” və rus bölməsində “Ana dili” dərsliklərin monitorinqi ilə bağlı məsələlərin xeyli hissəsi yekunlaşdırılıb. Lakin yekun rəy vermək üçün bəzi psixoloqlar və əlavə ekspertləri dəvət edirik ki, onlar dərslikləri bir daha yoxlayıb, fikirlərini dəqiqləşdirsinlər. Dərsliklər üzrə yekun rəylər olsa da hazırda onların yenidən ekspertizası gedir. Bu işlər yaxın zamanda yekunlaşacaq və ətraflı məlumat veriləcək”.

 

A.Batıyeva qeyd edib ki, hazırda “İnformatika”, “Həyat bilgisi” kimi dərsliklərin seminarlarda müzakirəsi aparılır. Bundan əlavə, V-XI sinif dərsliklərinin də müzakirəsinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR