TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, IX siniflər üzrə buraxılış imtahanı verən 20901 şagirdin 6240 nəfəri Ana dilindən, 6702 nəfəri Riyaziyyatdan “2”, 10245 nəfəri Ana dilindən, 8967 nəfəri Riyaziyyatdan “3”, 3089 nəfəri Ana dilindən, 2809 nəfəri Riyaziyyatdan “4”, 1327 nəfəri Ana dilindən, 2423 nəfəri isə Riyaziyyatdan “5” qiyməti alıblar.
Buraxılış imtahanlarında iştirak edən XI sinif şagirdlərinin də nəticələri müxtəlif olub. Belə ki, orta məktəblərin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilən buraxılış imtahanlarında 14982 şagirdin Ana dili fənnindən 3680 nəfəri “2”, 6099 nəfəri “3”, 3176 nəfəri “4”, 2027 nəfəri isə “5” qiyməti alıb. “Riyaziyyat” fənnindən isə son sinfin məzunlarının 2594 nəfəri “2”, 6336 nəfəri “3”, 4251 nəfəri “4”, 1801 nəfəri isə isə “5” qiyməti alıb.