Bank Of Baku

TQDK magistraturaya qəbul imtahanının nəticələrinin ötən gün açıqlanmamasına aydınlıq gətirib

TQDK magistraturaya qəbul imtahanının nəticələrinin ötən gün açıqlanmamasına aydınlıq gətirib
# 26 iyun 2013 08:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin magistraturalarına keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələrinin açıqlanmamasına aydınlıq gətirib. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, nəticələr dünən axşam saatlarında açıqlamalı idi. Onun sözlərinə görə, bəzi proqramlarda dəqiqləşmələr aparıldığından nəticələri ötən gün açıqlamaq mümkün olmayıb: “Hazırda işlər yekunlaşmaq üzrədir. Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələrinin yaxın saatlarda açıqlaması nəzərdə tutulur”.

 

Qeyd edək ki, bu gündən etibarən Azərbaycanda 2013/2014-cü tədris ili üçün ali məktəblərin magistratura pilləsinə ixtisas seçimi başlamalı idi. magistraturalarına keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanmadığından bu prosesə başlanmayıb. Nəticələr açıqlandıqdan sonra magistratura pilləsinə ixtisas seçimi başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR