Bank Of Baku

TQDK orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərə müraciət edib

TQDK orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərə müraciət edib
# 18 sentyabr 2013 13:30 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2013/2014-cü tədris ili üçün orta ixtisas təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisəsində qeydiyyatı 19 sentyabr, saat 17:00-da başa çatır .   

 

Qeyd edək ki, həmin vaxta  qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR