Bank Of Baku

TQDK rezidenturanın boş qalan yerlərinə qəbul elan edib

TQDK rezidenturanın boş qalan yerlərinə qəbul elan edib
# 24 sentyabr 2013 10:09 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, boş qalan plan yerlərindən 10-u Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə aid olan ixtisaslardır. Bu ixtisaslar üzrə müsabiqədə iştirak etmək hüququ olan heç bir namizəd olmadığı üçün həmin ixtisaslar müsabiqəyə təqdim olunmur. Müsabiqədə iştirak etmək istəyən namizədlər 24 sentyabr saat 14:00-dan 25 sentyabr saat 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə TQDK-ya müraciət edə bilərlər. Müsabiqənin nəticələrinə əsasən boş qalan plan yerləri aşağıdakı istiqamətlər üzrədir: 


I istiqamət (Müalicə işi, pediatriya) 

I. Azərbaycan Tibb Universiteti 

311244 Terapiya – 1 yer 

II. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu 

313189 Psixiatriya – 1 yer 
313253 Dermatovenerologiya – 1 yer 

III. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası 

329113 Anesteziologiya-reanimatologiya – 1 yer 

IV. Respublika Narkoloji Mərkəz 

332118 Narkologiya – 1 yer


IV istiqamət (Tibbi-profilaktika) 
I. Azərbaycan Tibb Universiteti 

311455 Gigiyena – 4 yer 

II. Respublika Gigiyena-Epidemiologiya Mərkəzi 
333122 Gigiyena – 6 yer 
333139 Epidemiologiya – 4 yer 

I, II və IV istiqamətlər üzrə 
Naxçıvan Dövlət Universiteti 

361132 Sosial gigiyena və səhiyyənin təşkili – 1 yer 

I, III və IV istiqamətlər üzrə 
Naxçıvan Dövlət Universiteti 

361149 Mikrobiologiya – 1 yer 
 

Qeyd edək ki, TQDK tərəfindən 2013/2014-cü tədris ili üçün rezidentura səviyyəsinə keçirilən müsabiqə nəticəsində 528 plan yerinə 504 nəfər namizəd qəbul olub. Qəbul olanlardan 496 namizəd qeydiyyatdan keçib və nəticədə 31 plan yeri boş qalıb. Digər ixtisaslar üzrə plan yerləri tam dolub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR