APA-nın xəbərinə görə, TQDK sədri bu gün keçirdiyi mətbuat konfransında deyib ki, peşə məktəblərində buraxılış imtahanları ilk dəfə keçirildiyindən kontingent elə də çox olmayıb: “İmtahanda cəmi 4 min nəfərdən çox şagird iştirak edib. Onların 70 faizi “3” qiyməti alıb. Bu nəticə bizi elə də qane etmir. Təbii ki, bundan yüksək nəticə gözləmək mümkün deyildi. Çünki orta məktəb proqramları çətin olduğuna görə, vaxtilə həmin şagirdlər peşə məktəblərinə üz tutublar. Biz bu nəticəni gözləyirdik. Həmin şagirdlər orta məktəbdə oxusaydılar, ötən il buraxılış imtahanı verəcəkdilər. Ancaq həmin şagirdlər peşə məktəblərində oxuduqları üçün onların təhsil müddəti yarım il də uzanıb. Biz ötən ilki səviyyəni bilirdik deyə, peşə liseylərində təhsil alan şagirdlərdən builki nəticəni gözləyirdik”.