Bank Of Baku

TQDK sədri “ASAN Xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

TQDK sədri “ASAN Xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub - <span style="color: red;">FOTO
# 19 fevral 2013 14:15 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. “ASAN Xidmət”dən APA-ya verilən xəbərə görə, agentliyin rəhbəri İnam Kərimov 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri və gələcək planlara dair geniş məlumat verib. O bildirib ki, “ASAN Xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “vahid pəncərə” prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

 

TQDK sədri Məleykə Abbaszadə yeni yaradılan mərkəzdə görülən işləri və fəaliyyəti yüksək qiymətləndirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR