Bank Of Baku

TQDK tərəfindən növbəti sınaq imtahanına yazılış başlayıb

TQDK tərəfindən növbəti sınaq imtahanına yazılış başlayıb
# 04 aprel 2013 06:34 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yazılışda iştirak edəcək abituriyentlər aprelin 21-də keçiriləcək sınaq imtahanında iştirak etmək imkanı əldə edəcək. Aprelin 21-də keçiriləcək sınaq və 28-də keçiriləcək təkrar sınaq imtahanı iştirakçılarına yeni (2 nömrəli) test kitabçası təqdim olunacaq.

 

Qeyd edək ki, TQDK aprelin 7-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 28 şəhər və rayonunda sınaq imtahanları keçirəcək. Aprelin 14-də isə təkrar sınaq imtahanı olacaq. Bu imtahanlara yazılış artıq başa çatıb.

 

Ümumilikdə 46 binada keçiriləcək imtahanda respublika üzrə 34464 abituriyentin iştirakı nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR